çətir
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
çətir
is.
1. Günəşdən, yağışdan qorunmaq üçün əllə baş üstündə tutulan günlük; yağmurluq, zontik. Onların gözündə nə rəngli eynək; Nə də başlarında əlvan çətir var. B.Vahabzadə. Əlində alabəzək bir çətir olan qız maşına yaxınlaşdı. H.Seyidbəyli. // məc. Obrazlı təşbehlərdə “örtü” mənasında. Gecənin qara çətiri altında kölgələnən hər bir şey qaranlığın yeknəsəq libasına bürünüb yatmışdı. M.S.Ordubadi.
2. Kəsilib alına sallanan saç; tel. Qızın çətiri. Çətir qoymaq.
3. xüs. Paraşütün, hava dolduqda açılan parçadan ibarət əsas hissəsi. Paraşütün çətiri. – Bunlar yaxınlaşdıqda nöqtələr böyüdü və qırmızı, yaşıl, sarı rəngli zolaq-zolaq çətirlərdən adamların sallana-sallana endikləri aşkar göründü. M.Rzaquluzadə.
4. bot. Ağacın gövdədən yuxarıda budaqların yayıldığı yuxarı hissəsi. Təbii ki, gövdəsi yoğun və çətiri geniş olan palıd ağacları öz həyatları üçün müəyyən ölçüdə sahə tələb edir. M.F.Axundzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
çətir
günlük, zontik
{güneşlik, yağmurluk}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
çətir
şemsiye