çəng
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
çəng
I. is.: çəng olmaq – qıc olmaq, keyləşmək, hərəkətdən düşmək, hissizləşmək. Əl-ayağı çəng olmaq. – [Gülo:] Deməli, mənim yaşamağım üçün o ölməlidir! Sonra? Bəs sonra?! – deyib, iflic tutmuş kimi barmaqları çəng olub qıvrıldı. S.Rəhimov.
II. is. [fars.] Əl, pəncə. Tülək tərlan təki qafil Həsən bəy; Şığıyıb çənginə götürdü bayaq. Q.Zakir. ‣ Çənginə keçirmək – ələ keçirmək, pəncəsinə keçirmək.
III. is. [fars.] Formaca arfaya oxşayan qədim Şərq simli musiqi alətlərindən biri. O yanda Sədi vəquranə çöhrəsilə baxar; Bu yanda nayü dəfü çəng kainatı yıxar. M.Hadi. İki dəqiqə keçməmişdi, bir dəstə cariyə əllərində ud və çəng oxuya-oxuya meşəyə girdi. M.S.Ordubadi. ..[İnsanlar] kamanların altına çanaqlar qayırıb, kirişlərin də sayını artırmaq yolu ilə nəticədə arfa və arfaya bənzər çəng musiqi alətlərini ixtira edirlər. Ə.Bədəlbəyli.
IV. is. Dırmıq (kənd təsərrüfatı aləti).
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
çəng
I. keymə, tutulma, ürpeşmə
{korkma, tutulma, ürperme}
II. pəncə, əl, caynaq
{pençe, el, tırnak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
çəng
güçsüz, hissiz, pas, tırmık