çuxa
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
çuxa
is. Qafqazlıların üstdən geyilən, beli büzməli, uzun, kişi milli geyimi. Çərkəzi çuxa (döşündə vəznələri olan çuxa növü). – [Usta Ağabala] dolahadola neçə arşın qurşağını açıb tökdü və sonra çuxa, arxalıq, canarxalıq – hamısını birdən çıxarıb tappıltı ilə saldı keçənin üstünə. Çəmənzəminli. Kəndli 45-50 yaşında, göy çuxa geymiş, ucaboylu, sarı və bozsaqqallı bir kişi idi. T.Ş.Simurq.