turklehceleri.org

çevrilmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

çevrilmək

1. məch. Başqa hala salınmaq, başqa şəklə salınmaq, döndərilmək. O başını yellədib bir ah çəkdi dərindən, “Ah” alova çevrilib saçıldı gözlərindən. B.Vahabzadə.
2. t-siz. Tez-tez bir haldan başqa hala keçmək. Su donaraq buza çevrilmişdir. – Radium parçalanaraq axırda qurğuşuna çevrilir. “Günəşin tarixi”. // məc. Dönüb başqa bir şey olmaq, başqa keyfiyyət almaq, başqa bir şeylə əvəz olunmaq. Bulağa gəlirkən [Zöhrədə] olan nəşə indi tamamilə kədərə çevrilmişdi. Ə.Vəliyev. Bir anda Sonanın halı dəyişdi, həsrət və məhəbbət qəribə bir marağa və şübhəyə çevrildi. M.İbrahimov.
3. məch. İstiqamətləndirilmək, yönəldilmək. Pulemyotlar düşmənə tərəf çevrildi. – Toplara bax, toplara, tanklara bax, tanklara; Od saçan lülələri çevrilibdir gör hara? B.Vahabzadə.
4. f. Dönmək, devrilmək. Arvad qışqırdı, uşaqlar çığırışdılar, məcməyi üzüqoylu çevrilib, dolmanın hərəsi evin bir küncünə diyirləndi. Çəmənzəminli. Səs-küy artdı, ara qarışdı, üstü içki və yeməklə dolu stollar çevrilib alt-üst oldu. S.Vəliyev.
5. f. Özünü çevirmək, özünü döndərmək, dönmək. Tərlan yatağında tez-tez o yan-bu yana çevrilir, yata bilmirdi. M.Hüseyn. Midhəd gözlərini açdı, təyyarənin böyrü üstə çevrildiyini ani olaraq duydu. Ə.Vəliyev. // Üzünü, ya bədənini döndərmək, başqa səmtə döndərmək, dönmək. Faytonçu çevrilib Qəhrəmana baxdı. S.Rəhimov. Ayna çevrilib geri baxdı. Ə.Məmmədxanlı.
6. məch. Şumlanmaq, sürülmək, bellənmək, təpilmək. Meynəlik çevrilib qurtarmışdır. – Torpaq çevrilmək, nəfəs almaq istəyir. Ə.Vəliyev.
7. məch. Tərcümə olunmaq. Əsər bir neçə dilə çevrilmişdir.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

çevrilmək

dönüşmek


Son arananlar: