turklehceleri.org

çevirmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

çevirmək

f.
1. İstiqaməti dəyişdirmək, başqa tərəfə yönəltmək. Dalını çevirmək. Üzünü bizə çevir. – Yaşar tüfəngi çəpişə sarı çevirib, nişan almağı təcrübə etdi. M.Rzaquluzadə.
2. Bir şeyin vəziyyətini, yerini dəyişmək; döndərmək. Mən .. başladım malları sürməyi, dadaşım da ətəyi ilə alnının tərini silib, şananı götürdü və başladı küləşi çevirməyə. C.Məmmədquluzadə. // Başıaşağı qoymaq, döndərmək. Stəkanı çevirmək. – Sadıq torbanı ağzıüstə mis məcməyinin içi-nə çevirdi. Mir Cəlal. [Qərənfil xala] dəmkeşi üzüqoylu qazanın ağzına çevirdi. Ə.Vəliyev.
3. Vərəqləmək. Müşkünaz oturdu. Açıq kitabın vərəqini çevirdi. Ə.Vəliyev. İndi görək şairin özü nə deyir, – deyə; Başladı astaasta divanı çevirməyə. B.Vahabzadə.
4. Bir şeyi başqa bir vəziyyətə salmaq, başqa bir şeyə döndərmək, ona tamamilə başqa bir görünüş vermək. Görünür, bura bir zaman tövlə olmuşdu. Sonra çevirmişdilər. M.İbrahimov. Alovun saçdığı işıq gecəni gündüzə çevirmişdi. Ə.Vəliyev.
5. Tərcümə etmək. Farscadan azərbaycancaya çevirmək. – Rusiya şerinin şah əsərini; Çevirdim Vaqifin şirin dilinə! S.Vurğun.
6. dan. Şumlamaq, təpmək, belləmək. Qoş kotanı, çevirgilən düzləri; Günlüyün birindən bir anbar olsun. Aşıq Ələsgər. ‣ Çevir tatı, vur tatı – bir şeyi ardı-arası kəsilmədən bıqdıracaq dərəcədə təkrar etmə mənasında. [Xaspolad:] Görmürsən, Oqtay, keçən qış bir söz demişəm, hələ çevir tatı, vur tatı. C.Cabbarlı. Xəlilov bir neçə dəqiqə də çevir tatı, vur tatı eləyib, cavab almadan qapını çırparaq getdi. M.Hüseyn.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

çevirmək

çevirmek, sapmak


Son arananlar: