turklehceleri.org

zərbə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zərbə

is. [ər.]
1. Qolaylayaraq bir şeylə şiddətlə vurma; vuruş. Yumruq zərbəsi. Balta zərbəsi. Zərbə səsi. • Zərbə endirmək (çalmaq, vurmaq) – 1) bir şeylə bərk vurmaq. Bizləri osmanlı, alman, rus gətirdi, heyrətə; Zərbə vurdu hər biri mümkün qədər hürriyyətə. Ə.Qəmküsar. Şaxtaçılar çalarkən zərbəsini dağlara; Radiodan yayıldı bu səda uzaqlara. M.Rahim; 2) zərər vermək. [2-ci bənna:] Haydı, quzum, kərpic at; Kərpic gətir, az su qat; Gecikmə, gəl, durma, gəl! İşə zərbə vurma, gəl. H.Cavid. Zərbə yemək – vurulmaq, döyülmək, zərbəyə məruz qalmaq. Gəldiyev nagahani zərbə yemiş adam kimi səndirlədi, özünü saxladı. Mir Cəlal. // Bərk dəymə, şiddətlə çarpma. Top gülləsinin zərbəsi. Dalğanın zərbəsi.
2. Şiddətli həmlə, ansızın və qəti hücum. Cinahdan vurulan zərbə. Gözlənilməz zərbə. Ansızın zərbələr düşməni sarsıtdı. – Faşistlər zərbəmizə dözməyib geriyə qaçdılar. M.Hüseyn. // məc. Bir şeyin qabağını almaq, bir şeyi aradan qaldırmaq üçün görülən qəti tədbir, hərəkət. Müharibə qızışdıranlara qəti zərbə vurmaq.
3. məc. Ağır mənəvi və ya cismani sarsıntı. Taleyin zərbələri. Oğlunun ölümü onun üçün ağır zərbə oldu. Xəstəlik onun səhhətinə ağır zərbə vurdu. – Əgər insan güclü məxluq olsaydı, ən ağır zərbələrə də dözərdi.. M.Hüseyn. ‣ Zərbə altına qoymaq – təhlükə qarşısında qoymaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

zərbə

sarsıntı
{sarsıntı}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

zərbə

darbe, şüt


Son arananlar: