zəncəfil
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zəncəfil
is. [ər.] Köklərində efir yağları olan tropik bitki. // Bu bitkinin ədviyyə kimi işlənən kökü. [Hacı Mehdi:] Qəndimi, çayımı, istiotumu, darçınımı, zəncəfilimi də satacağam. M.S.Ordubadi. Zəncəfil tropik bitki olub Asiya qitəsinin cənubunda bitir. Bəzi xörəklərin və undan hazırlanmış məmulatın tamını yaxşılaşdırmaq üçün istifadə edilir. • Zəncəfil çayı – zəncəfil kökündən hazırlanan çay. Anası zəncəfil çayının hayındaydı. Mir Cəlal.