zəlzələ
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zəlzələ
is. [ər.] Yer qabığının bəzi sahələrinin vulkanik və ya tektonik proseslər üzündən güclü titrəməsi; yer sarsıntısı. Usta Zeynal yaşadığı şəhərdə tez-tez zəlzələ olardı. S.S.Axundov. Vaxtı ilə uzaq və amansız bir zəlzələ böyük və gözəl bir şəhəri yerlə yeksan etmişdi.. Ə.Məmmədxanlı. ‣ Zəlzələ(yə) salmaq – 1) sarsıtmaq, dəhşətə salmaq, vəlvələyə salmaq. Kosa hələ çayın ortasına çatmamış, yuxarı tərəfdən yeriyurdu zəlzələyə salan bir gurultu qopdu. S.Rəhimov; 2) aləmi bir-birinə vurmaq, həyəcan salmaq, mərəkə qoparmaq.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
zəlzələ
deprem, zelzele