turklehceleri.org

zəif

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zəif

sif. [ər.]
1. Cismən az qüvvətli, gücsüz. Zəif adam. Zəif at. Zəif qol. – [Nadir bəy:] Məxluqatın ən şərəflisi olan insanların, hətta zəif, aciz bir qarıncanın belə qanına girmək, məncə əfvedilməz bir cinayətdir. H.Cavid. // İs. mənasında. Gücsüz, qüvvətsiz adam. Axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə. C.Məmmədquluzadə. [Firəngiz:] Zəiflər daima gücdən bəhs edər. H.Cavid. // Sağlam olmayan, möhkəm olmayan, cansız, arıq, xəstələnməyə mail olan. Zəif bədən. Zəif ciyər. Səhhətcə zəif uşaq. – Xasay qatarın səsini eşidincə sanki onun qoluna qüvvət gəldi. Elə bil, zəif ürəyi həmişəlik olaraq sağaldı. Ə.Vəliyev.
2. Üzgün, əldən düşmüş, taqətsiz. • Zəif düşmək – üzülmək, əldən düşmək, taqətdən düşmək. [Gövhər xanım:] Gör nə zəif düşmüşəm? S.S.Axundov. Zəif eyləmək (etmək) klas. – zəiflətmək, üzmək, əldən salmaq. Dərdi-hicran ol qədr eyləmiş zəif əndamımı; Şaxi-gültək cünbüşi-badi-səbadən titrərəm. S.Ə.Şirvani. Zəif salmaq – zəifləşdirmək, əldən salmaq. Həsən bəy Zərdabi bir zaman xalqı içəridən yeyən, onun qanını soran qurdlardan danışmaqla cəmiyyəti zəif salan tüfeyliləri tapmışdı. M.İbrahimov.
3. məc. Zabitəsiz, qətiyyətsiz. // İradəsiz, iradə qüvvəsi çatışmayan, aciz. [Səməd] .. heç kimin qarşısında bu cür zəif və aciz olmamışdı. İ.Hüseynov.
4. Lazımınca nüfuzu, gücü, başqalarına təsiri olmayan. Zəif dövlətlər. Zəif hökmdar. – Bəzi kəndlərdə yoxsullar qrupu zəif idi. Mir Cəlal.
5. Təsiri, gücü az olan. Zəif dərman. Zəif zəhər.
6. Qüvvəsi, gərginlik gücü, fəaliyyət gücü az olan. Zəif cərəyan. Zəif külək. Nəbzi zəif (z.) vurur. – Qazmaların və çadırların ancaq bir neçəsindən çox zəif işıq gəlirdi. Ə.Sadıq.
7. Az, əhəmiyyətsiz, kifayətsiz, pis. Zəif qabiliyyət. Zəif intizam. Zəif iş. Zəif yoxlama. Dili zəif (z.) bilir. Qulağı zəif (z.) eşidir. – Neyləyim, qüdrətim zəifdir hələ; Görüm təbiətin kor olsun gözü! S.Vurğun.
8. Öz işini, vəzifəsini layiqincə yerinə yetirə bilməyən, öz işini, sənətini yaxşı bilməyən, yaxşı işləməyən, işin öhdəsindən gəlməyən. Zəif idarə başçısı. Zəif rəhbər. // Yaxşı oxumayan, pis oxuyan. Zəif tələbə. Zəif sinif. Zəif (z.) oxumaq. Riyaziyyatdan zəifdir. – Bir tələbə dərsdən zəif olanda bütün briqada zəif sayılırdı. Mir Cəlal. // Sənətkarlıq nöqteyi-nəzərindən qeyri-mükəmməl, keyfiyyətsiz. Zəif əsər. Zəif roman. Zəif çalğıçı. Skripkaçının texnikası zəifdir. O, tarda çox zəif (z.) çalır. ‣ Zəif damar – bir şəxsin təsirə düşə bilən ən həssas cəhəti. [Naşad] Zeynalın zəif damarını yaxşı tapmışdı. S.Hüseyn. Zəif yer, zəif cəhət – nöqsan, çatışmazlıq. ...Ovçu dostumun da bir zəif cəhəti var idi. M.Rzaquluzadə. Baxış bəyin bir zəif cəhəti vardı: çox şorgöz idi. Ə.Abasov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

zəif

I. gücsüz, üzgün, taqətsiz, cansız
{güçsüz, üzgün, takatsiz, cansız}

II. zabitəsiz, qətiyyətsiz, iradəsiz
{zabıtasız, katiyetsiz, iradesiz}

III. əhəmiyyətsiz, kifayətsiz
{ehemmiyetsiz, kifayetsiz}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

zəif

gevşek, zayıf


Son arananlar: