zədə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zədə
is. [fars.]
1. Toxunmaq, yaxud bərk bir şey dəymək nəticəsində bir şeydə əmələ gələn əzik yeri, qopuq, qəlpə, çatdaq və s. Bu stəkanın zədəsi var. // Meyvələrdə qurd dəymə, yaxud dolu və s.-dən əmələ gələn xəsar. Meyvənin zədəsi var. Bu qovunda zədə yoxdur. • Zədə vurmaq – 1) zədələmək; 2) məc. yaralamaq. Zədə dəymək (toxunmaq) – 1) xarab olmaq. [Ana:] Ay oğul, bəlkə ağlına zədə toxunub. S.Rəhman; 2) məc. yaralanmaq. Zədə salmaq – zədələmək, yaralamaq. Müjganların salıb bağrıma zədə; Dözmək olmaz munca dərdi-bihədə. Q.Zakir.
2. Xarici təsir nəticəsində orqanizmin bir yerində toxumanın əzilməsi, ziyan görməsi; kontuziya. Kənd təsərrüfat işlərində müşahidə olunan zədələr cürbəcür olur. ...zədə [fars.] Bəzi mürəkkəb sözlərin “vurulmuş, uğramış, düçar olmuş, giriftar olmuş” mənalarını bildirən ikinci tərkib hissəsi; məs.: qəmzədə, müsibətzədə, fəlakətzədə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
zədə
I. ziyan, zərər
{ziyan, zarar}
II. əziklik, sınıqlıq
{eziklik, kırıklık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
zədə
arıza, sakatlık