zəban
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zəban
is. [fars.] klas. Dil. Bir saat görməsəm, tuti zəbanım; Qopacaq başıma qiyamət eylə. M.P.Vaqif. Şəkər söhbətlidi, şirin dillidi; Tuti kimi xoş zəbanım gedibdi. Aşıq Ələsgər. • Zəbana gəlmək – dilə gəlmək, dillənmək. Görcək cəmali-yarımı gəldi zəbanə şəm. S.Ə.Şirvani. İşlər dəyişildi – hamısı döndü zəmanə; İnsan kimi fələ, kölə də gəldi zəbanə. Ə.Nəzmi.