zılğa
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zılğa
is. məh.
1. Quşun yeni yumurtadan çıxmış tüksüz balası; ətcəbala. Gözünün önündə qara, boz ilan; Girib yuvasına, edərdi talan; Körpə balaları udardı diri; Qalmazdı salamat zılğanın biri. H.K.Sanılı. Onun dişsiz ağzı zılğa cücə kimi açıldı. S.Rəhimov.
2. Quraqlıqdan sıxıntı çəkib incəlmiş. Zılğa taxıl (bitki).
3. Çox zəif, tək-tük tükləri olan. Onun başının tükləri təpədən yanlara qədər tökülmüş, ortası zılğa (z.) qalmışdı. S.Rəhimov.