zöhd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zöhd
is. [ər.] klas. Dinin qadağan etdiyi şeylərdən çəkinərək vaxtını ibadətə sərf etmə; pəhrizkarlıq (bəzən “zöhd və təqva”, “zöhdü təqva” şəklində işlənir). Mey gətir, saqi, məni qurtar nəmazü rövzədən; Kim, mən ol zöhdü riyadan tövbəkarəm, doğrusu. Kişvəri. Vaqifa, səndə ki yoxdur, bilirəm, zöhdü riya. M.P.Vaqif. [Vidadi:] Bu fani dünyanı zöhd və təqva ilə keçirmək daha yaxşı olmazdımı? Çəmənzəminli. • Zöhd əhli klas. – dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını ibadətdə keçirən adam. Bağlamış zöhd əhlinə qapusunu meyxanənin; Hörməti lazım gərək, hərçənd kafirdir qonaq. Qövsi. Ayağın bassa saqi başim üzrə canə minnətdir; Neçin zöhd əhlindən bir dərdməndə xeyrü şər gəlməz. Q.Zakir.