turklehceleri.org

zay

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zay

[ər. “zaye”dən] Heç, puç; tələf olmuş, korlanmış, puç olmuş, hədər olmuş. Öküzün taydı, işin zaydı. (Ata. sözü). • Zay eləmək (etmək) – puç etmək, korlayıb heç eləmək. Göndər gəlsin Ələsgərin xələtin; Etmə əməyini zay, sarıköynək. Aşıq Ələsgər. Nə üçün daşı zay eyləyirsiniz, heyif deyilmi? Mir Cəlal. Zay məhsul – keyfiyyəti pis olan məhsul; brak, çıxdaş. Zay olmaq – tələf olmaq, puç olmaq, korlanmaq, heç olmaq, hədər olmaq. Ömür üzdüm, gün çürütdüm, zay oldum; Cismim düşüb yandı axır oda, hey! Aşıq Kərəm. Dost elədin hər nadanı, hər yadı; Çəkdiyim əməklər oldu zay, pəri. R.Rza. Zaya getmək (çıxmaq, dönmək) – hədər yerə məhv olmaq, puç olmaq, hədər getmək. Buradan bir maya getdi; Sallandı, çaya getdi; Yolunda cəfa çəkdim; Əməyim zaya getdi. (Bayatı). Yar salmır üstümə saya; Cavan ömrüm gedir zaya. Aşıq Ələsgər. Tökdüyünüz qanlar getməsin zaya; Çıxın bu qarışıq imtahanlardan. S.Vurğun. Zaya vermək – bax. zay eləmək (etmək). Yandırdı qəlbimi camalın şövqü; Ağlımı veribdir zaya qaşların. “Aşıq Qərib”. Əsmər burdan getsə boş qalar bağlar; Sən vermə ömrümü zaya, xoş gəldin. “Abbas və Gülgəz”. Yazıq aşıq vermə ömrünü zaya; Dərd bilən can bu yerlərdə tapılmaz. Aşıq Ələsgər.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

zay

heç, puç, hədər
{hiç, boş, neticesiz}


Son arananlar: