turklehceleri.org

zalım

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zalım

sif. və is. [ər.]
1. Zülm edən, zülmkar, qəddar, mərhəmətsiz, insafsız. Zalım padşah. Zalım istismarçılar. – Mən görmüşəm, kafirim də görməsin; Nə yaman dərd imiş zalım ayrılıq. Molla Cümə. ..Bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna. C.Məmmədquluzadə. Eh zalım xan! Zalım xan! Sən qorxub öz canından; Yurdu versən hər yada; Kor olasan dünyada. S.Vurğun.
2. zar. Bəzən bacarıqlı, zirək, məharətli adam haqqında. Avropa üləmasının övrət məsələsinə dair yazılarını oxuyanda görürsən ki, bu zalımlar dünyanın hər bir guşəsindən xəbər verirlər. C.Məmmədquluzadə. // Eyni mənada bəzən oğlu, balası, uşağı və s. sözlərlə işlənir. Zalım oğlu yaman güləşirdi. Zalım qızında bir səs var ki... – Ağzını açan kimi, Hacı zalım oğlu onun kimi, bəlkə ondan da yaxşı danışmağa başlayır. C.Cabbarlı. [Mərcan bəy:] Ay zalım balası, zalım! Məni sən aldatdın! Ü.Hacıbəyov. Sarı simə keç, ay zalım balası, sarı simə. M.İbrahimov. [Qaradonlu:] Dedi-qodu gəzdirməsə, dinclik tapmır da, zalımın qızı. İ.Hüseynov. ‣ Zalım sual – çətin sual, cavab verilməsi çətin olan sorğu. Bir tərəfdən uşaqların faciəli halları, o biri tərəfdən Zəhranın zalım sualı Zeynala artıq dərəcədə təsir etdi. S.Hüseyn. Bu zalım sual qılınc kimi qarşımda durdu. T.Ş.Simurq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

zalım

zülmkar, qəddar, mərhəmətsiz, insafsız, qaniçən
{zulmeden, gaddar, merhametsiz, insafsız, vicdansız}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

zalım

zalim

Kırgızca – Türkiye Türkçesi Sözlüğü (Yudahin)

zalım

a. zalim, gaddâr, tyran (zalim hükümdar) cebreden.


Son arananlar: