turklehceleri.org

zabitə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zabitə

is. [ər.]
1. Qayda, qanun, nizam, intizam. [Divanbəyi:] Barı bu işin şükranəsinə nizamə tabe olun, əgərçi heç nizamı və zabitəni anlamırsınız. M.F.Axundzadə.
2. Başqalarına nüfuz və təsir etmə, özünə qarşı hörmət oyandırma qabiliyyəti; nüfuz, ciddiyyət. Onun heç zabitəsi yoxdur. – Getgedə Müqim bəy Cavanşirin zabitəsi birə yüz artır, o, sürtülüb yağlanan bir qılınc kimi bərq verirdi. S.Rəhimov. Xanpərinin zabitəsi əskilir, inadı azalırdı. Ə.Vəliyev. [Sultan:] ..Bu gündən belə mənim qaradinməzliyim, nə də zabitəm səni çəkindirməməli, əl-qolunu bağlamamalıdır. İ.Hüseynov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

zabitə

I. qayda, qanun, nizam, intizam
{kaide, kanun, nizam, düzen}

II. nüfuz, ciddiyyət
{tesir, ciddiyet}


Son arananlar: