xətt
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
xətt
I. is.
1. Yazarkən hərfləri təsvir etmə tərzi, yazı yazma xüsusiyyəti; yazı. Gözəl xətt. Uşaq xətti. Tanış xətt. – [Yaqut:] Məktubu açmışdım və uşaq xəttinə oxşar o tanış xətti görərkən yenə əllərim titrəmişdi. Ə.Məmmədxanlı. Reyhanın çox səliqəli; Gözəl, təmiz bir xətti var. M.Dilbazi.
2. Nazik saqqal. Yumşaq barmaqlar Xəlilin xətt yerindən çənəsinə qədər titrəyə-titrəyə gəzdi. Üzünə isti nəfəs dəydi. İ.Məlikzadə.
II. is. [ər.]
1. Cızıq. Kağızda dikinə çəkilən xətlərin sayı indi beş idi. Ə.Əbülhəsən.
2. İki məntəqəni birləşdirən yol. Moskva – Bakı dəmiryol xətti. Moskva – Kiyev hava xətti. Trolleybus xətti. // Teleqraf, telefon rabitəsi qurğuları (məftillər, kabellər və s.); su, kanalizasiya sistemi. Teleqraf xətti. Telefon xətti xarab olmuşdur. Xəlil içəri girib isti su xəttinin üstündəki manometrə nəzər saldı. İ.Məlikzadə. // Elektrik enerjisini nəql etmək üçün qurğular (məftillər, kabellər və s.) sistemi. İki saatdan çox idi ki, kəşfiyyat buruğunda elektrik xətti korlanmışdı. M.Hüseyn. ..Xətdə cərəyan var, işə başlamaq olar. M.Süleymanov. // Yan-yana durmuş şeylərin uzun sırası, bir şeyin arasıkəsilməz sırası. İstehkam xətti. Müdafiə xətti. – Bəhram şah Bərdəsirin mühasirə xəttini yarmağa və Atabəy Məhəmmədə qalib gəlməyə müvəffəq olmayacaqdır.. M.S.Ordubadi.
3. Bir dövlətin hüdudu, sərhədi və bu sərhəd boyunca olan istehkamlar sırası. Vaqifin yazdığı məktub Qafqaz xəttindəki baş komandan .. vasitəsilə Yekaterinaya göndərildi. Çəmənzəminli. // Vuruşan iki tərəf arasında uzanan yer, döyüş gedən yer. Vuruşmanın qızğın vaxtında rota komandiri Zəhranı çağırdı və tapşırıq verib qabaq xəttə göndərdi. Ə.Vəliyev. Orda mən bilirdim ki, cəbhə xəttinin o tərəfində düşmən durur. H.Seyidbəyli.
4. Cizgi. Kim olduğunu daha bilmədiyim bu qadını yalnız üzünün xətləri, hal və tövrilə öyrənmək istəyirdim. S.Hüseyn. Baxıram heykələ... mən heyrətdəyəm... Necə yerindədir hər xətt, hər qırış! B.Vahabzadə.
5. məc. İstiqamət, hərəkət, görüş tərzi. Düzgün xətt. Yanlış xətt. Orta xətt götürmək.
6. Qan qohumluğu əsasında birləşmiş adamların ardıcıl sırası, əcdadlar, nəsillər sırası. Ata xətti ilə qohumluq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
xətt
cizgi, cızıq
{çizgi, cızık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
xətt
çizgi, hat
Son arananlar:
- çəkindirmək,
- belgilash,
- külche,
- keteriv,
- Çatı,
- zoğ,
- başkurt,
- Alp,
- Authenticity,
- Gerçi,
- pəşman,
- sağıcı,
- pejmürde,
- roz,
- süýnmegräk,
- hesablayıcı,
- kires,
- çəyirtkə,
- exhalation,
- kabul,
- gurnamak,
- xətt