yırğalanmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yırğalanmaq
f. O tərəf-bu tərəfə əyilərək hərəkət etmək; tərpənmək, silkələnmək. Küləkdən ağaclar yırğalanır. Gəmi suda yırğalanır. – O biri otaqda yırğalanmaqda olan bir körpə beşiyinin həzin səsi eşidilirdi. S.Hüseyn. Görünməz olmuşdur dənizin dibi; Qayıq yırğalanır bir beşik kimi. S.Vurğun. yırğalana-yırğalana zərf Yırğalanaraq, ayaq üstə dura bilməyərək, o yan-bu yana əyilərək. Yırğalana-yırğalana yerimək. – Yusif sərxoş halda, o tərəf-bu tərəfə yırğalanayırğalana gəlib çıxdı. S.S.Axundov.