turklehceleri.org

yurd

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yurd

is.
1. İnsanın doğulub böyüdüyü yer, məmləkət, ölkə; vətən. Ey kiçik dəmirçi, duyduğun haqdır; Çalış, yurdun üçün özünü göstər. Ə.Cavad. Həyətimdə safalı bir bağ salacağam mən; Yurdumda bir misilsiz bağban olacağam mən. M.Müşfiq. Hər məktubun öz dili var; Təravəti, istisi var; Çox məktubun sözlərində; Doğma yurdun tüstüsü var. R.Rza. Onlar yeni bir ilham və inam ilə xaraba qalmış yurdlarını abad etməyə başladılar. Ə.Məmmədxanlı.
2. Yaşayış yeri, ev, ev-eşik, məskən. Yurdundan olmaq (ev-eşiyindən, yaşadığı yerindən məhrum olmaq, avara düşmək). • Yurd salmaq – oturmaq, sakin olmaq. Deyirdilər ki, qədimdə [bu kəndə] daş qoyub yurd salan adamın gözəl bir qızı varmış. İ.Hüseynov. // Yaşayış məntəqəsi; kənd, el, oba. Biz düşən yurdun adı Qızılboğaz idi. İ.Əfəndiyev.
3. Körpə evi, uşaq bağçası mənasında. Səyyahlar fabriki gəzdilər. Burada körpə çocuqlar üçün yurdlar, dispanserlər, sənət məktəbləri .. gördülər. Çəmənzəminli.
4. məc. Bir şeyin çox olduğu yer. Qəhrəmanlar yurdu. ‣ Yurdda qalan məc. – hamıdan geri qalan. [Badam xala:] Yurdda qalan elə səninlə mən imişəm. Kursda arvad nə qədər... Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yurd

ev, eşik, məskən
{ev, bark, mesken}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

yurd

konut


Son arananlar: