turklehceleri.org

yeyin

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yeyin

sif. Tez, cəld, iti, sürətli, itigedən. Yeyin at özünə qamçı vurdurmaz. (Ata. sözü). // Zərf mənasında. Söhbətin lap şirin vaxtı idi, sol səmtdən, döngədən bir şəxs çıxıb, yeyin yeriyib, kətdilərin yanına gəlib, salam verib üzünü tutdu Məhəmmədhəsən əmiyə. C.Məmmədquluzadə. [Qulam:] Durun bir nəfəsimi dərim. Yeyin gəlmişəm. C.Cabbarlı. yeyin-yeyin zərf Tez-tez, cəld-cəld, iti-iti, sürətlə. Yeyin-yeyin yazmaq. – Bu dağ mənim, o dağ sənin; Yem toplardı yeyin-yeyin; Döşlərinə süd yığardı; Buynuzuna ot yığardı. M.Müşfiq. Gecə keçir... Mən gedirəm yeyinyeyin; Səyyah deyil, bu şəhərin öz səsiyəm. S.Vurğun. Şığıdıqca göy üzündə gözəl yurdun tərlanları; Yeyin-yeyin vurur qızıl Abşeronun qan damarı. R.Rza.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

yeyin

çabuk


Son arananlar: