yatab
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yatab
[rus. “gtap”dan, əsli fr.] 1917-ci il inqilabından əvvəlki Rusiyada: silahlı soldatların müşayiəti ilə bir yerdən başqa yerə göndərilən dustaq dəstəsi. Bildilər yatabdır gələn bu tozda; Əlli nəfər soldat tüfəng omuzda; Almışlar araya yeddi dustağı. H.K.Sanılı. Qabağından uzaqdan bir yatab gəldi, keçdi; Bu dəstə xeyli yorğun, çox bitab gəldi, keçdi. M.Rahim.