turklehceleri.org

yeriş

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yeriş

is.
1. Yerimək tərzi, yerimək işi. Sallana-sallana gedən Salatın; O sərxoş yerişin yola yaraşır. Aşıq Ələsgər. [Kor kişi] tamamilə əski həyatın bir yadigarı idi. Əlbisəsinin tərzi, biçimi avamlığını, yerişi gözsüzlüyünü andırırdı. S.Hüseyn. Səməd [qadının] üzünü görməsə də, yerişindən, boy-buxunundan, tərpənişindən onun lap cavan olduğunu dərhal bildi. İ.Hüseynov. • Ayı yerişi – iki yana basa-basa yerimə.
2. Yürüş, axın, hücum. Xotkar yazmışdı ki, qoşun hazırlayır, Çənlibelə yeriş olacaq. “Koroğlu”. • Yeriş etmək – axın halında hərəkət etmək, hücum etmək. [Vəli:] Belə yapıncını çəkdim döşümə, papağımı basdım gözümün üstünə, çomağı aldım əlimə, düşdüm sürülərin qabağına, ləhləyə-ləhləyə birbaş yeriş elədik üzü yuxarı... N.Vəzirov. ‣ Yerişini azdırmaq – 1) yorğa gedən at haqqında; 2) məc. qudurmaq, lovğa olmaq, təşəxxüslü olmaq.


Son arananlar: