turklehceleri.org

yergöy

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yer-göy

is. Dünya, kainat. [Molla özözünə:] Ay Hacı Molla Cəlil ağa, sən olasan yeri-göyü yox yerdən xəlq edən Allaha, içmə bu kafirlərin dərmanını. C.Məmmədquluzadə. Yeri-göyü titrədən partlayış nərəsilə; Çıxarırlar yer altdan bol filiz yataqları. Ə.Cəmil. // Hər yer, bütün aləm. Yerə-göyə hökmün işlər; Sənsən Süleyman, a Pəri! Aşıq Ələsgər. ‣ Yer-göy ağlamaq – çox fəlakətli, acı, acınacaqlı halı bildirir. [Bundan əlavə] hərgah nəql etsəm, bu biçarə, bədbəxt fəhlələrin başlarına nayibləri nə müsibət gətirirlər, yergöy ağlar. N.Vəzirov. Yer-göyə sığmamaq – 1) çox sevinmək, çox şad olmaq; 2) bir şeyin həddən artıq çoxluğunu bildirir. Mənim dərdim yerə-göyə sığası deyil, mənim günüm taybuynuz öküzün günündən bədtərdir. F.Köçərli. Qoy başqası nə cür düşünür düşünsün, Səmədin isə sevinci yerə-göyə sığmırdı. İ.Hüseynov.


Son arananlar: