turklehceleri.org

yeksan

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yeksan

sif. [fars.] klas. Düz, bərabər, tən. Onunçun var yalnız bircə səadət; O səadət məhəbbətlə yeksandır. A.Səhhət. ‣ Yer (torpaq, xak) ilə yeksan etmək – büsbütün dağıtmaq, yerlə bir eləmək. Mən sülhə səs verirəm; Qədim abidələri; Yerlə yeksan etməsin; Toplar bir an içində. H.Hüseynzadə. Yer (torpaq, xak) ilə yeksan olmaq – tamamilə yıxılıb dağılmaq, yerlə bir olmaq. Bir deyən olmadı, ey xanəxərab; Məmləkət xak ilə yeksan oldu. M.Ə.Sabir; // məhv olmaq. Vallah, elə bəd dua elərəm ki, yerlə yeksan olarsan! C.Məmmədquluzadə.

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

yeksan

f. Ayrı, bir. Yer bilen yeksan qilmaq – Yerle bir etmek.


Son arananlar: