yaşatmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yaşatmaq
icb. Yaşamasına səbəb olmaq, yaşamasına imkan vermək, yaşamasına yardım və kömək etmək. [Elxan:] ..Tanrı olsaydım əgər, gerçəkdən; Ya bu insanları xəlq etməz idim; Əgər etsəm, yaşadardım daim şadü məsud.. H.Cavid. Məhəbbət! Ömrü sevdasız yaşatmaq bir cinayətdir; Gözəllik! Canlı bir sənət, əzəldən ömrə zinətdir. S.Vurğun. Güləcək baharın çiçəklərində; Onu yaşadacaq ürəklərində. M.Rahim.