turklehceleri.org

yağlamaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yağlamaq

f.
1. Üstünə yağ sürtmək, yağ çəkmək. Çəkməsini yağlamaq. – Bəli, cəlladlar tənabları yağlayıb hazırladılar. “Koroğlu”. Yüyəni, tapqırı bütün yağladı; Qantırğaya təzə qayış bağladı.. H.K.Sanılı.
2. Yaxşı işləmək və ya paslanmamaq üçün yağ sürtmək, yağla silmək. Tüfəngi yağlamaq. Maşını yağlamaq.
3. məc. dan. Rüşvət vermək. // Qılığına girməyə çalışmaq, dilə tutmaq. ‣ Yağlayıb-ballamaq – yalandan tərif etmək, dilə tutmaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yağlamaq

sürtmək, çəkmək, yaxmaq
{sürmek, çekmek, yakmak}


Son arananlar: