yaradıcı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yaradıcı
1. is. Bir şey yaradan, həyata gətirən, meydana gətirən adam. Axır, bir de görüm ki, bu təzə firqənin yaradıcısı kimdir? C.Məmmədquluzadə. [Gülsabah:] ..Öz sənətini yaxşı bilməyən bir usta bir yaradıcı ola bilməz. C.Cabbarlı.
2. sif. Bir şey yaratmağa qadir olan, maddi və mənəvi sərvətlər yaradan. Yaradıcı fikir. Yaradıcı qüvvələr. Yaradıcı əllər. – .. Hər kəsin ixtirası yaradıcı əməyinin məhsuludur. S.Rəhimov.
3. is. din. Yaradan, xaliq, Allah, Tanrı.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yaradıcı
yaratıcı