turklehceleri.org

yanıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yanıq

1. is. Yanmış şey. Yanıq qoxusu. Yanıq dadı.
2. is. Od və ya başqa yandırıcı şeyin təsiri ilə bədən toxumasında əmələ gələn zədə. // Yanmaq əsəri, bədənin yanmış yerinin nişanəsi, izi. Əlinin yanığı. Üzündə bir yanıq var.
3. sif. Susuzluqdan qurumuş, yanmış. Qurudu Əjdərin yanıq boğazı; Dolandı başına çiçəkli yazı. H.K.Sanılı. Yanıq torpaq yandırmışdı hər barını; Qurutmuşdu saplağında ilk baharın novbarını. M.Dilbazi.
4. sif. məc. Dərdli, qəmli, ürəyində dərdi olan; yanıqlı. [Qurban] tez əlini qoynuna soxdu və məktubu yanıq ürəyi üzərinə sıxaraq yeridi. A.Şaiq. Açmayır dərdini qərib bir kəsə; Qulaq verib durur hər yanıq səsə. Ə.Cavad. Baxdı anasının yanıq üzünə; Dağınıq saçına, yaşlı gözünə.. H.K.Sanılı.
5. sif. Cılız, zəif, sısqa. ‣ Yanıq vermək – acıq vermək, acıqlandırmaq, qəsdən hirsləndirmək, qızışdırmaq. Deyəsən, Rübabə Vahid ilə birləşib Gəldiyevə meydan oxuyur, ya yanıq verirdilər. Mir Cəlal. Yanığını çıxartmaq – acığını çıxarmaq, intiqam almaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yanıq

I. cılız, zəif, sısqa
{cılız, zayıf, sıska}

II. dərdli, qəmli
{dertli, gamlı}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

yanıq

yanık


Son arananlar: