yaltaqlıq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yaltaqlıq
is. Öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmə, riyakarcasına onu tərifləmə. Yaltaqlıq etmək. Yaltaqlıq insanı alçaldan hərəkətdir. – Dünyada yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Ə.Haqverdiyev. Sona xala yalan, yaltaqlıq, alçaqlıq sevməz .. bir qadın idi. S.S.Axundov. Hərəkətlərdə də, sözlərdə də ürəkbulandırıcı bir yaltaqlıq və gizli bir vahimə müşahidə edən Firidun titrəməyə başladığını hiss etdi. M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
yaltaqlıq
riyakarlıq
{riyakârlık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yaltaqlıq
ikiyüzlülük