turklehceleri.org

xəsarət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xəsarət

is. [ər.] Ziyan, zərər. [Züleyxa ilə Cəmilin] yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. T.Ş.Simurq. // Xarab olma, korlanma, zədələnmə, sınma. [Zakirov:] Qəribədir, axşam mən bağı gəzəndə hasarda heç bir xəsarət görmədim. Ə.Məmmədxanlı. • Xəsarət vermək – ziyan vermək, zərər vermək. Verməmişəm mən ki xəsarət sənə; Sən dəxi vermə əziyyət mənə. A.Səhhət. Xəsarət yetirmək (eləmək) – ziyan vurmaq, zərər yetirmək, yaxud bir şeylə vurub yaralamaq, zədələmək. [Sultan bəy:] ..Dedim, gedim görüm, bəlkə qız, xudanəkərdə, özünə bir xəsarət yetirdi. Ü.Hacıbəyov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xəsarət

zərər, ziyan
{zarar, ziyan}


Son arananlar: