turklehceleri.org

xırman

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xırman

is. [fars.]
1. Dəni sünbüldən ayırma əməliyyatı. ..Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. S.S.Axundov. [Rəşid:] Qurbanqulu uşağı görər-görməz xırman çəkdiyi atı buraxır və quyunun yanına qaçır. T.Ş.Simurq.
2. Taxılı döymək, təmizləmək və qurutmaq üçün qabaqcadan hazırlanmış dairəvi düz yer, meydança. Atlı Hacı Namazalını xırmandan gəlib apardı nəçərnikin yanına. C.Məmmədquluzadə. Kəndlilər hamısı böyük bir xırmanın yanına yığılmışdı. M.İbrahimov. • Xırman döymək – taxılın dənələrini xüsusi alətlərlə sünbüldən ayırmaq. Danabaş kəndinin kənarında.. Məşədi Ağa kişi on iki yaşlı oğlu Əsəd ilə bahəm xırman döyürlər. C.Məmmədquluzadə. Biçər biçini, arpanı, döyər əkinçi xırmanı; Çuval-çuval döyüb yığar əkinçi arpa-buğdanı. A.Səhhət. [Həsən:] İskəndər də mənim oğlum olub, xırman döyəndə necə kömək eləyir. Ə.Haqverdiyev. Xırman sovurmaq – taxıl dənələrinə qarışmış samanı ayırmaq üçün onu kürəklə havaya sovurmaq. ‣ Xırmanüstü vədə – boş, yalan vədə.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xırman

harman


Son arananlar: