xırdaxırda
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
xırda-xırda
1. zərf Yavaş-yavaş, ahəstə-ahəstə, ağır-ağır, aramla. [Qız] hala gəlib, xırda-xırda yataqdan qalxıb yerində oturdu və yemək istədi. (Nağıl). Qıraq tərəfdəki qazmada balaca şam xırda-xırda yanır, kiçik alov burula-burula qalxırdı. S.Rəhimov. Basdı qədəmlərini qum üstə xırda-xırda. B.Vahabzadə.
2. sif. Kiçik-kiçik, balaca-balaca (çoxluq bildirir). Xırda-xırda ağaclar. Xırda-xırda komalar. – Çox əziyyət ilə saqqalından xırda-xırda kağız parçalarını qoparırdı. Ə.Haqverdiyev. Gülərüzlü bir qadın tez; Qarşıladı qonaqları; Vardı onun bir-birindən; Xırda-xırda uşaqları. M.Dilbazi. Mamırlı daşları üzə çıxan çay qolunda, xırda-xırda gölməçələrdə parlaşan qızıl balıqları gördükdə Qoşqar dünyada hər şeyi unudardı. İ.Hüseynov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
xırda-xırda
I. tikə-tikə, dilim-dilim
{parça parça, dilim dilim}
II. yavaş-yavaş, asta-asta
{yavaş yavaş, ağır ağır}