xoşlamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
xoşlamaq
f. Zövqünə uyğun gəldiyi üçün bəyənmək, xoşuna gəlmək, ürəyinə yatmaq. [Gülçöhrə:] Bəs sən məni bir kərə görməklə xoşladın? Ü.Hacıbəyov. [Murad] Nigarı daha kiçik bir qız ikən xoşlamışdı. S.Hüseyn. // Xoşu gəlmək, sevmək, istəmək. [Doktor Qəbzibəy:] Siz hamınız bilirsiniz və görürsünüz ki, mən atı çox xoşlayanam. C.Məmmədquluzadə. Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi, xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov. Balaca Kamal nənəsinin nağıllarını çox xoşlardı. M.Rzaquluzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
xoşlamaq
bəyənmək, sevmək, istəmək
{beğenmek, sevmek, istemek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
xoşlamaq
hoşlanmak, sevmek
Son arananlar: