xof
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
xof
is. [ər.] Qorxu. Qiyamət xofundan, eşq havasından; Əridi, qalmadı yağ ürəyimdə. Aşıq Ələsgər. Bu sözlər Lətifənin qəlbinə soxulmuş tərəddüd və xofu azaltmadı. M.Hüseyn. [Mirzəyev Nazlıya:] Bəs şəriət? Bəs Allah xofu? Heç mollanın sözündən çıxmaq olar? Ə.Məmmədxanlı. • Xof etmək (eləmək) – qorxmaq, vahimələnmək. [Harun:] Düşmənin zoru qabağında könül xof eyləməz. Ü.Hacıbəyov. Mən bu gəlişdən çox xof edirəm, ah! Başqa bir məqsədlə gəlir Bəhram şah. A.Şaiq. [Qızı] həyat elə mübariz, elə dava-dalaş sevən eləmişdi ki, kişilər yanından keçəndə xof eləyirdi. S.Rəhman. Xof götürmək – qorxu götürmək, vahiməyə düşmək, vahimə basmaq, xoflanmaq. Məmməd ayılıb gördü ki, Hindistan padşahının qızı Pərixanım yanındadır. Məmmədi xof götürdü. (Nağıl). Xofa düşmək – qorxuya düşmək, qorxmaq, çəkinmək, sığınmaq, vahiməyə düşmək, xoflanmaq. Mələkə xanım bu sözdən xofa düşdü. “Qurbani”. Mən tamam ömrümdə əgər iki dəfə bərk xofa düşmüşəm, elə biri haman gün idi ki, atlı Hacı Namazalını xırmandan gəlib apardı nəçərnikin yanına. C.Məmmədquluzadə. [Əmiraslan bəy:] Yoxsa gopçu Ədilin sözündən xofa düşmüsünüz? S.S.Axundov. Firəngiz .. bəzən xofa düşüb həyəcan keçirirdi. S.Rəhimov. Xofa salmaq – qorxuya salmaq, qorxutmaq, xoflandırmaq. Oğlundan ayrılmaq [Rüstəmi] xofa salmağa başlayır. S.Rəhimov. Ürəyinə xof salmaq – ürəyinə qorxu salmaq. İkincisi, idarənin qabağındakı maşın [Bayramın] ürəyinə xof salmışdı. Ə.Vəliyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
xof
qorxu, dəhşet, vahimə
{korku, dehşet, vehim}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
xof
telaş