turklehceleri.org

xarab

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xarab

sif. [ər.]
1. Pis, yaman. [Kərbəlayı Cəfər:] ..İndi əsr çox xarabdı. Hanı indi elə bir Allah bəndəsi ki adamın əlini tutsun... C.Məmmədquluzadə. [Əvvəlinci kəndli:] Həkim birgünlük yolda olur; yollarımız xarab, azarlını nə arabada aparmaq olur, nə at ilə.. Ə.Haqverdiyev. // Bərbad, viran. Dərdi-qəmi göndər könül şəhrinə; Heç sultan mülkünü xarab istəməz. Q.Zakir.
2. Ağır, pis. Halı xarabdır. • Xarab olmaq – 1) get-gedə pisləşmək, ağırlaşmaq, qorxulu bir vəziyyət almaq (xəstə haqqında). [Humay:] Ah, nə fəlakətli təsadüf... Zavallı xəstəliyindən büsbütün xarab olacaq.. H.Cavid; 2) sınmaq, dağılmaq, korlanmaq. [Ağakərim xan:] Vay sənin halına, hərgah bir səndəl, ya miz xarab ola. N.Vəzirov; 3) pisləşmək, pis cəhətə dəyişmək, korlanmaq. [Məşədi İbad:] Arvad ki döyülmədi, xarab olar. Ü.Hacıbəyov. [Əlləzoğlu:] Ə, biz, deyəsən, ərli-arvadlı lap xarab olmuşuq, ay Hənifə. İ.Hüseynov.
3. Əvvəlki keyfiyyətini, vəziyyətini dəyişmək, itirmək, yaramaz hala düşmək. Nə tez soldun, xarab oldun! Nədir sənin bu tutduğun; Vəfasızlıq yolu, bilməm! Sənin ömrün nə qədər kəm! Ə.Cavad.
4. Bir sıra isimlərin yanına gətirilərək, ismin göstərdiyi mənada feil, yaxud müxtəlif ifadələr düzəldilir; məs.: qanını xarab etmək, ovqatını xarab etmək, ürəyi xarab olmaq, işlər xarabdır və s.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xarab

I. pis, yaman
{kötü, yaman}

II. lax, qoxulu
{ıtırlı, kokulu}

III. yava, pozgun, yaramaz
{kötü, bozuk, yaramaz}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xarab

bozuk, harap, sakat


Son arananlar: