turklehceleri.org

xar

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xar

I. is. [fars.] klas.
1. Tikan. Zəhməti bülbül çəkər; Gülü qucar yenə xar. (Ata. sözü). [Kərəm:] Bağı tutdu şeyda bülbül naləsi; Gülün bağrı yandı xarın içində. “Əsli və Kərəm”. Gülşəni-aləmdə bir gül varmı bixar olmasın? Hansı bülbüldür cəfayi-xardən zar olmasın? M.Hadi.

II. sif. Zəlil, üzüqara, rüsvay, xəcalətli, pərt. Rüstəmbəy başını çarpayıya söykəyib, xar və zəlil bir halda sükuta getdi, gözləri yaşardı.. Çəmənzəminli. • Xar etmək (eləmək, qılmaq) – hörmətdən salmaq, alçaltmaq, üzüqara etmək, başıaşağı etmək, xəcil etmək. Bunları mənimlə zar qılma; Bir neçə əzizi xar qılma. Füzuli. Xar etmə məni hicrin ilə, ey güli-bixar; Gülşəndə haçan gül eləyib xarə ədavət. S.Ə.Şirvani. Yalnız teatr sevgisi onları dost-düşmən yanında xar eləyir, ata-ana yanında başıaşağı edərdi. S.Rəhman. Xar olmaq – alçalmaq, hörmətdən düşmək, hörməti getmək, üzüqara olmaq. Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. M.V.Vidadi. [Naçalnik:] Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllər ilə özünüzü bədnam edib, ümənayi-dövlətin nəzərində xar və zəlil olasınız. M.F.Axundzadə.

III. sif. Yumşaq, boş, məsaməli. Xar buz.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xar

biabırçılıq, üzüqaralıq, bədnamlıq, rüsvayçılıq, pərtlik
{rezalet, maskaralık, alçaklık, rüsvalık, perişanlık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xar

hor

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

xar

rare: (Persian) donkey, ass; word used to make a donkey bray.


Son arananlar: