xanım
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
xanım
is.
1. Hörmət və şərəf üçün qadınlara verilən ad; bəyim. [Murad:] Ah, xanım, bir sənsən mənim pənahım; Mən qərib kimsəyəm, yox bir günahım. H.Cavid. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. “Koroğlu”. Çərşənbə günündə çeşmə başında; Gözüm bir alagöz xanıma düşdü. Aşıq Ələsgər. // Tanış olmayan qadına hörmətlə müraciət. Xanım, məni dinləyin. // Hörmət üçün qadın adlarına əlavə edilir. Nizami, Məhsəti xanıma ürək və təsəlli vermək üçün uzun-uzadı danışdı. M.S.Ordubadi. Ağa Murad bəyin Reyhan xanımla rəftarı .. get-gedə sərtləşirdi. T.Ş.Simurq. [Şeyda Kəngərli:] Davamlı olun, Sənubər xanım, lazımlı fikri həyata keçirmək çətin olduğu kimi, həm də şərəflidir. B.Bayramov. // Qadınlığın bütün gözəl sifətlərini özündə cəmləşdirən qadın haqqında; alicənab, nəcib. Çox xanım adamdır (bu mənada xanım-xatın şəklində də işlənir).
2. Qadın, arvad, zövcə. Yoldaşım öz xanımı ilə gəlmişdi. – Bu vaxt evin xanımı uzun, yekə məcməyidə buğlanan plovu gətirib, stolun üstünə qoydu. M.Hüseyn.
3. Bəzi mürəkkəb qadın adlarının ikinci tərkib hissəsi; məs.: Minaxanım, Bəyimxanım, Balacaxanım, Xırdaxanım və s.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
xanım
bayan, hanım
Son arananlar:
- Rupor,
- koguşlanmak,
- substantive,
- şiri-jəyan,
- vərəqləmək,
- tırtırlamak,
- Suyolu,
- dagynyk,
- dirijorluq,
- simap,
- Mehtərxana,
- şaylan,
- öwüsdirmek,
- balgaz,
- sığallanmaq,
- birle,
- vermilion,
- Urdu,
- Ses,
- zəncəfil,
- aşm,
- xanım