dövlətli
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dövlətli
sif. Böyük mülk və sərvətə sahib olan, çox varlı; sərvətdar, zəngin. Nəinki Naməlsəm məhəlləsində, bəlkə bütün kənddə, uyezddə dəxi bundan dövlətli, zəngin adam tapılmazdı. N.Nərimanov. // İs. mənasında. Dövlətliyə yaltaqlana bilmərəm; Qəmli ikən yalan yerə gülmərəm. M.Ə.Sabir. [Sitarənin] mərhum atası Bakının məruf və tanınmış bir dövlətlisi idi. S.Hüseyn.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dövlətli
varlı, pullu, sərvətdar, zəngin
{varlıklı, paralı, Karun, zengin}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dövlətli
devletli, varlıklı, zengin