turklehceleri.org

xaniman

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xaniman

is. [fars.]
1. Ev-eşik, ata yurdu, ocaq, dudman, məskən. Yolunda keçmişəm şirin canımdan; Tərk oldum vətəndən, xanimanımdan. Aşıq Ələsgər. Get ata-ananın tez al qanını; Dağıt Ağpoladın xanimanını. A.Səhhət. [Cahangir bəy:] Ta səndən ötəri xanimandan əl çəkib düşmüşəm bərrü biyabanə. N.Vəzirov.
2. Ev, ev adamları, ailə. İpək döşəməli xanimanlardan; Rəqqasə qızların səsi yüksəlir. S.Vurğun. [İsmayıl:] Uşaqlar, bu xanimanın daşını daş üstə qoymayacağıq, odlayın! P.Makulu. Yanan xanimanlardan körpələrin ağlaşma səsləri ucalır. M.Rzaquluzadə. // Məc. mənada. Könül xanimanın abad eyləyib; Yıxan gözlərinin sədəqəsi canım. Q.Zakir. Könül viran qalan bir xanimandır; Deyib-danışmayır xeyli zamandır. S.Vurğun.


Son arananlar: