vətənpərvər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
vətənpərvər
sif. [ər. vətən və fars. ...pərvər] Öz vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan. Vətənpərvər şair. Vətənpərvər gənclər. – Vətənpərvər maarifçilər haray qoparır, “vaxt ikən ayılın, sonra gec olar!” – deyə qışqırırdılar. M.İbrahimov. // İs. mənasında. Mina ürəyində dedi ki, ah! Nə olaydı, hamı böylə vətənpərvər olaydı. İ.Musabəyov.