vərəq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
vərəq
is.
1. Müəyyən şəkildə və ölçüdə kəsilmiş kağız parçası, kağız təbəqəsi. Bir vərəq kağız. // Səhifə. Bir yeni aləm var hər vərəqində. S.Vurğun.
2. mətb. Çap mətninin on altı səhifədən ibarət olan ölçü vahidi. Kitab 10 çap vərəqidir. • Müəllif vərəqi – müəllif qonorarını hesablamaq üçün vahid götürülən 40.000 mətbəə nişanı.
3. Yarpaq. ‣ Vərəqi çevrilmək – halı dəyişmək, pozulmaq, pərt olmaq; peşman və ya narazı olmaq. Məni görən kimi vərəqi çevrildi. vərəq-vərəq zərf 1) Tək-tək vərəqlərlə, hər bir vərəq ayrılıqda. Kitabı vərəq-vərəq açmaq; 2) məc. bir-birinin ardınca, bir-bir. Üzündəki qəm dastanı açılmışdır vərəq-vərəq. S.Vurğun.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
vərəq
səhifə
{sayfa}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
vərəq
varak