turklehceleri.org

valeh

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

valeh

[ər.] Heyran, məftun, vurğun; heyran olmuş, məftun olmuş, vurulmuş. Mən bu yerlərin gözəlliyinə valehəm. – Hamı bu halə valehü məftun; Nagəhan hadis oldu bir yanğun. M.Ə.Sabir. • Valeh etmək – heyran etmək, məftun etmək. Qulaq asanları valeh etmək mənə .. qismət deyilmiş. C.Məmmədquluzadə. ..Bir tərəfdən də baharın xoş mehi insanı valeh edirdi. S.S.Axundov. Günəşin batması ilə tez-tez üfüqlərdə dəyişən rənglər.. [Dilaranı] valeh etmişdi. M.İbrahimov; // məc. məst etmək mənasında. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal. Valeh olmaq, valeh qalmaq – heyran olmaq, məftun olmaq, vurulmaq. Göygölün gözəlliyinə insan valeh olur. – Surətin nəqşində insan valehü heyran olur. Nəsimi. [Bədircahan:] Ağa, o qədər səndən dedim ki, .. az qaldılar valeh olsunlar. N.Vəzirov. [Bünyad] təpədən dırnağa qədər ipək içində olan bu gözəl qıza valeh olmuş kimi baxırdı. Ə.Əbülhəsən.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

valeh

hayran


Son arananlar: