vahimə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
vahimə
is. [ər.] Xəyala gələn qorxulu şeylər, hövl. Təklik, xarabanın vahiməsi, qaranlıq gecə .. bunların heç birisi ərindən qaçmış cavan gəlinə əsər edə bilmədi. Çəmənzəminli. // Qorxu, dəhşət; təşviş və narahatlıq. Hamının gözündə küt və vahimə ilə dolu bir ifadə hakim idi. M.İbrahimov. Qız vahimə və iztirabla yoldaşlarına baxır və heç bir söz demirdi. İ.Əfəndiyev. • Vahimə basmaq (götürmək, bürümək) – bərk qorxmaq, dəhşətə düşmək, qorxuya düşmək, vahimələnmək. Nurəddin qorxaq uşaq deyilsə də, meşənin vahiməsi onu da basmışdı. S.S.Axundov. Tellini yenidən vahimə bürüdü. O qorxurdu. S.Hüseyn. Vahimə etmək – qorxmaq. [Ağa Kərim:] Gərək o hər necə desə, onun sözündən çıxmayasan və heç vahimə və ehtiyat etməyəsən. M.F.Axundzadə. Heç vahimə etmirəm əcəldən; Mən qorxmamışam, ana, cədəldən. A.Səhhət. Vahiməyə düşmək – bax. vahimələnmək. Dolama yollarla enirkən bəzi yoldaşlarımız vahiməyə düşdü. S.Rüstəm. Xanlar anasının daha da narahat olduğunu, doğrudan da vahiməyə düşdüyünü görüb, onu toxdatmağa çalışdı. S.Rəhimov. Vahiməyə salmaq – bax. vahimələndirmək. Həyətə girdikdə əsrarəngiz .. sükut insanı vahiməyə salırdı. M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
vahimə
qorxu, təlaş, təşviş, dəhşət, narahatlıq
{korku, telaş, karmaşa, panik, rahatsızlık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
vahimə
korku, kuruntu, vehim