ucaltmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ucaltmaq
f.
1. Yüksəltmək, daha uca etmək, qaldırmaq, getdikcə hündürlüyünü artırmaq (bina və s. haqqında). Yeni binaları ucaltmazdan əvvəl köhnə evləri sökmək lazım idi. H.Seyidbəyli.
2. məc. İctimai mövqeyini, əhəmiyyətini, nüfuzunu, hörmətini artırmaq, yüksəltmək. Alicənab hərəkəti cəmiyyətin nəzərində onu xeyli ucaltmışdır. – Meydana buraxdığın böylə şah əsərlərlə; Ucaldırsan ölkəmin şöhrətini, şanını. M.Müşfiq.
3. Gücləndirmək, yuxarı qaldırmaq, zilləşdirmək (səs haqqında). Məmmədhəsən əmi oğluna yalvardıqca oğlan səsini ucaldırdı. C.Məmmədquluzadə. Salman kişi səsini getgedə ucaldırdı. Mir Cəlal.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ucaltmaq
yüceltmek