təqdim
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
təqdim
is. [ər.] Bir şeyi vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin) hüzuruna gətirmə, ona vermə. • Təqdim etmək – 1) vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin) qabağına gətirmək, vermək. Dörd nəfər gözəl kəniz əlvan yeməklər gətirib, qadına və Fəxrəddinə təqdim etdilər. M.S.Ordubadi; 2) tanış etmək. İşə yeni qəbul olunanları bir-bir sex müdirinə təqdim etdilər. – Teymur bəy ev sahibəsini və qızını müsafirlərə təqdim etdi. Çəmənzəminli; 3) elmi şura, iclas və s.-nin müzakirəsinə, təsdiqinə vermək. Dissertasiya işini müdafiəyə təqdim etmək. – Memar Sadıqzadənin təqdim etdiyi layihələr salondakılar tərəfindən təqdir edildi. S.Rəhimov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
təqdim
takdim