təntimək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
təntimək
f. dan. Tələsmək, darıxmaq, hövsələsini itirmək, tələsməkdən canı sıxılmaq. Baş çatlayır istidən; Göydən yerə od yağır; Dəvələr də təntiyib; Yeriyir ağır-ağır. B.Vahabzadə. [Nailə:] Allah məni öldürsün, qardaş, lap acından təntidin, – deyə mənim qarşımda öz kasıb süfrəsini nizama salırdı. İ.Hüseynov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
təntimək
tələsmək, qaçmaq
{acele etmek, kaçmak}