turklehceleri.org

təkər

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

təkər

is. [ər.]
1. Ox ətrafında fırlanıb təkərli nəqliyyat vasitələrini hərəkətə gətirən dəndəli və ya bütöv dairə; çarx. Faytonçu muşqurdu. Təkərlərin yeknəsəq səsi at ayaqlarının tappıltısına qarışdı. M.Hüseyn. Göy otlar yatardı təkərlər altda; Beləcə düşərdi bağa ilk cığır. N.Xəzri.
2. məc. Təkərə oxşayan hər cür şey; qövs, dairə. Əjdər öz-özünə gümüldənirdi; Günəşin təkəri daha enirdi. H.K.Sanılı.
3. məc. Obrazlı ifadələrdə: tale, qismət, bəxt. Dünyanın təkəri gerimi döndü; Yoxsa üfüqlərdə günəşmi söndü? S.Vurğun. ‣ Tarixin təkərini döndərməyə çalışmaq – tarixi inkişafın qanunauyğun gedişinin qabağını saxlamağa, geriyə qaytarmağa çalışmaq.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

təkər

tekerlek


Son arananlar: