turklehceleri.org

təki

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

təki

1. Cümlədə arzu bildirən hissəcik. Təki siz gələsiniz. Təki tez çıxıb gedəydik. Təki sən deyən kimi olaydı. – [Gültəkin Aydına:] Paltar da istəmirəm, təki sən fikir çəkməyəsən, nə eləyirəm paltarı? C.Cabbarlı. Mənsiz bu dünyanın olsan qonağı; Nə olar, sevgilim, sağ ol təki sən. R.Rza. // əd. Kaş, kaş ki. Təki [Mədəd] Gövhərdən, Hacıyevdən bir xəbər biləydi. Ə.Əbülhəsən.
2. bax. tək1 6-cı mənada. [Hacı Fərəc:] ..Bədənim poladdan bərk, özüm saz, iyirmi yaşında cavan təki. N.Vəzirov. Əmək cəbhəsində də çalışdı əsgər təki; Al ipək pijamadır bu günsə əynindəki. B.Vahabzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

təki

bircə, ancaq, yalnız
{bir tek, ancak, yalnız}


Son arananlar: