təhkim
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
təhkim
is. [ər.] (əsasən “etmək”, “edilmək”, “olmaq”, “olunmaq” köməkçi feilləri ilə işlənir).
1. Birinin sərəncamına, ixtiyarına vermə (məşğələ keçmək, öyrətmək, xidmət etmək və s. üçün), birinin üzərinə bu və ya başqa vəzifə qoyma. Geri qalan şagirdləri əlaçılara təhkim etmək. – Azərbaycan qadınları arasında işləmək üçün firqə [Məsməni] çalışmaqda olduğu arteldən alıb, qadınlar şöbəsinə təhkim edir. S.Hüseyn. [Firəngiz:] Ancaq aranızda olan ferma, yaylaq işçiləri, yaxşı olar ki, ..təhkim olunduğu fermaya getsin(lər). B.Bayramov.
2. Hər hansı bir məqsədlə, yaxud xidmət və ya istifadə üçün bir yerə qeyd olunma (etmə). Pəhriz yeməkxanasına təhkim olunmaq.