turklehceleri.org

tutmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

tutmaq

f.
1. Əli və ya əlləri ilə bir şeydən yapışmaq. Məhəccərdən tutmaq. Divardan tutmaq. – Hacı Rəsul, Bəndalının zərbəsindən yıxılmamaq üçün qapıdan bərk tutdu. Mir Cəlal. Poçtalyon, Xoşqədəm nənənin qolundan tutub onu maşına tərəf çəkdi. S.Qədirzadə. // Hər hansı bir vəziyyətdə əlində saxlamaq. Gah çəkic vurdu əlim, gah da qələm tutdu əlim. S.Rüstəm. [Oğlan] indi tüfəngi rahat tuta bilirdi. M.Rzaquluzadə.
2. Hədəfə dəymək, toxunmaq. Şillə onu tutdu. – İkram başını cəld yana əydiyinə görə birinci yumruq onun çiynini tutdu. Ə.Əbülhəsən. Fatı yerdən daş götürüb itə atdı, lakin daş ala köpəyi tutmadı. Ə.Abasov.
3. Diri-diri ələ keçirmək, ovlamaq. Ceyran tutmaq. Balıq tutmaq. – On səkkiz yaşında Bəşir çıxır çinar ağacına dolaşa tutsun, quşu cibinə qoyandan sonra ağacdan yıxılır, qılçası sınır. C.Məmmədquluzadə. Mən gedib göyərçini tutdum. M.Rzaquluzadə. // Həbs etmək, ələ keçirmək, yaxalamaq. Oğrunu tutdular. – Pristav Əliağa bəy Cavanşirov Nəbini tutub qazamata göndərir. “Qaçaq Nəbi”.
4. Bir şeyin tutumunu, həcmini, yerləşdirmə qabiliyyətini bildirir. Çamadan paltarları tutdu. Səbət 5 kiloqram meyvə tutur. Stəkan 20 qram tutur. – Meydan izdihamı tutmurdu. Ə.Abasov.
5. İşğal etmək, zorla bir yeri almaq, ələ keçirmək, bir yerə daxil olmaq. Gün əyilən zaman [döyüşçülər] yeni bir kəndi tutdular. Ə.Vəliyev.
6. Sirayət etmək, yoluxmaq, xəstələnmək. Qrip tutmaq. – Məlumdur ki, çiçək naxoşluğunu o uşaqlar tutur ki, onlara çiçək döyülməyibdir. C.Məmmədquluzadə.
7. Göyərmək, bitmək. Tinglərin bir hissəsi tutmadı. Şitillərin hamısı tutdu. – [Kərəm:] Qərənfillər tutmaz imiş; Gül tikansız bitməz imiş. “Əsli və Kərəm”. // Başqa bitki ilə bitişmək, calanmaq. Qələm tutdu. Calaqların bir hissəsi tutmadı.
8. Qapmaq, dişləmək. [Yazgül:] Deyəsən, yamandəymiş Bobik zəncirini qırıb, gedib istirahət evinin qızlarını tutub. Ə.Məmmədxanlı. [Fatı:] Məni o azar dəymiş it tutdu, bala! Ə.Abasov.
9. Qapamaq, örtmək, əli və ya başqa bir şeylə görünməz etmək. Ağzını tutmaq. – Əntiqə “Oğru gəlib! Evimizə oğru gəlib!” – deyə ikiəlli gözlərini tutub, hönkür-hönkür ağlayırdı. Mir Cəlal. Ümid əlini ağzına tutub, xəlvətcə əsnəyir, gözlərini ovuşdururdu. B.Bayramov.
10. Yaxşı göstərmək, uyğun gəlmək, yaraşmaq. Bu paltar onu yaxşı tutur. – [Yunis xalasına:] Yaqut sənə demirdi ki, bu şapka məni tutmur? Ə.Məmmədxanlı.
11. Bir iş görmək istəyənə mane olmaq, əlqol açmağa qoymamaq. [Mərcan bəy:] Ay camaat, məni tutmayın, bu kişini öldürəcəyəm. Ü.Hacıbəyov.
12. Müəyyən şərtlərlə bir işə qəbul etmək, götürmək. [Hacı Mehdi:] Birini qovub, ayrısını tutursan, o, əzzəlkindən pis çıxır. Ə.Haqverdiyev. [Ağca] dünyagörmüş xanımların məsləhətilə bir dayə tutub, uşağı ona tapşırdı. Mir Cəlal.
13. məc. Kirələmək, kirayə etmək, icarə etmək, pul verərək müvəqqəti istifadə etmək. Taksi tutmaq. Mehmanxanada nömrə tutmaq. – [Qız dedi:] Bir münasib mənzil tut, yığışaq ora. (Nağıl).
14. məc. Uyğun gəlmək, bir gəlmək, düz gəlmək. Atlı ilə piyadanın yoldaşlığı tutmaz. (Ata. sözü). Deyirsən, mənimki tutar səninlə; Gəl birgə əbədi bir həyat quraq. S.Rüstəm.
15. məc. Toxunmaq, bərk təsir etmək. Söz onu bərk tutdu. – Hümmətyarla Mədədin söhbəti Xanpərini bərk tutmuşdu. Ə.Vəliyev.
16. Tutmamaq şəklində – nəticə verməmək, müvəffəqiyyətsizliyə uğramaq, baş tutmamaq. [Vaqif:] İbrahim xan qardaşı Mehralı bəyin dul arvadına evlənmək istədi, tutmadı. Çəmənzəminli.
17. ...tutmuş şəklində – ...başlamış, ...başlayaraq mənasında işlədilir. Krasnovodskdan tutmuş ta Daşkəndə kimi hər yerdə bu qəsəbənin cavan tacirlərinə rast gəlmək mümkündür. Ə.Əbülhəsən.
18. Bir sıra isimlərdən sonra gələrək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yükünü tutmaq, acığı tutmaq, yer tutmaq və s. ‣ Tutdu qatıq, tutmadı ayran – nəticəsindən asılı olmayaraq edilən təşəbbüs haqqında. Tutduğunu buraxmamaq – öz dediyindən əl çəkməmək, inad etmək, istədiyini, dediyini etmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

tutmaq

I. saxlamaq, yubatmaq, ləngitmək, gecikdirmək
{saklamak, ihmal etmek, ertelemek, geciktirmek}

II. durmaq, dayanmaq, yatmaq
{durmak, dayanmak, yatmak}

III. yapışmaq
{yapışmak}

IV. yaxalamaq
{yakalamak}

V. qapmaq, qarmalamaq
{kavramak, çengellemek}

VI. ovlamaq
{avlamak}

VII. icarələmək, kirələmək
{tutmak, kiralamak}

VIII. yoluxmaq, xəstələnmək
{yakalamak, hastalanmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

tutmaq

kapmak, kavramak, tutmak, tutuklamak

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

tutmaq

Tutmak. Tutup turmaq – Tutup durmak. Tomur tutmaq – Damarı tutarak teşhis koymak. Uzaq tutmaq – Arayı açık tutmak; kendinden uzak tutmak. Tutup qalmaq – Alıkoymak. Méni Mamut tutup qaldi – Beni Mahmut alıkoydu. Yoshurun tutmaq – Gizli tutmak. Taza tutmaq – Temiz tutmak. Qamaqta tutmaq – Hapiste tutmak. Öy tutmaq – Ev tutmak. Tutup bolmaq – Bitirmek. Tutup almaq – Yakalamak. Tutup bermek – Yakalayıp teslim etmek. Béliq tutmaq – Balık tutmak. Este tutmaq – Akılda tutmak. Topqa tutmaq – Topa tutmak. Su tutmaq – Sulamak. Közde tutmaq – Göz önünde bulundurmak. Köz aldida tutmaq – Göz önünde bulundurmak. Nezerde tutmaq – Göz önünde tutmak. Bu sözlerni qulaqta obdan tut – Bu sözleri aklında iyice tut. Késili tutup qaldi – Hastalığı tuttu. Emgekni dost tutung – Emeği dost olarak bilin. Ahlirim tutqay seni – Ahlanm kahretsin seni.


Son arananlar: